"Barselona" Koutinyoya görə Braziliya klubuna 4 milyon ödəyəcək

22:33 7 Yanvar 2018

Filippe Koutinyonun “Liverpul”dan “Barselona”ya keçidindən Braziliyanın “Vasko da Qama” klubu da gəlir əldə edəcək.

 

Sportarena.az xəbər verir ki, Braziliya təmsilçisi bu keçiddən 4 milyon avro irəli düşəcək. “Barselona” bu vəsaiti 30 gün ərzində Braziliya klubuna ödəməlidi. 

 

Koutinyo 2008-2010-cu illər aralığında məhz “Vasko da Qama”da forma geyinib.

 

Qeyd edək ki, “Barselona” Koutinyonu 160 milyon avroya transfer edib. “Liverpul” tərəfi bildirib ki, cari mövsümdə Koutinyonun formasını alan hər bir azarkeş 56 avro müqabilində vauçer əldə edəcək.


Digər xəbərlər

Xəbər xətti