Araz Abdullayev "Anartosis"in qələbəsində pay sahibi oldu - VİDEO

10:15 8 Yanvar 2018

Millimizin üzvü Araz Abdullayev “Anortosis”in heyətində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Kipr çempionatının XIX turunda AEK-ə 3:1 hesabı ilə qalib gəldikləri oyun futbolçumuz üçün uğurlu alınıb. Fəallığı ilə seçilən yarımmüdafiəçi komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. O, görüş ərzində iki məhsuldar ötürmə edib. 

 

Qeyd edək ki, bu qələbədən sonra “Anortosis” xalını 40-a çatdıraraq liderliyə yüksəlib.

 

 


Xəbər xətti