“Everton”dan Cenk Tosunla bağlı böyük səhv - FOTO

12:38 8 Yanvar 2018

“Everton” klubun yeni transferi Cenk Tosunun adının yazıldığı formaları satışdan yığışdırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb türkiyəli futbolçunun adının formalarda səhv yazılması olub. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Belə ki, futbolçunun adı formalarda Cenk Tosun yerinə “Cenk Tuson” yazılıb. Klubun rəsmi mağazasından reportaj hazırlayan jurnalist, yenicə forma alıb çıxan cütlüyü bu barədə xəbərdar edib. Onlar isə dərhal mağazaya qayıdaraq, səhvin düzəldilməsini tələb ediblər.

 

Klub isə səhvə yol verilmiş bütün formaların satışdan yığışdırılması ilə bağlı göstəriş verib.

 


Digər xəbərlər

Xəbər xətti