Larkos: “Sehrbaz Araz AEK-i məhv etdi”

15:38 8 Yanvar 2018

“Anortosis”in yarımmüdafiəçisi Araz Abdullayevin Kipr çempionatının 19-cu turunun AEK-lə oyunundakı çıxışı Yunanıstan mətbuatının əsas mövzularından birinə çevrilib.
 

Sportarena.az “themasports.com”a istinadən xəbər verir ki, ölkənin tanınmış jurnalistlərindən olan Panos Larkos millimizizin üzvünün oyununu yüksək qiymətləndirib. Arazı öz yazısında “sehrbaz” adlandıran Larkos bunları qeyd edib:

“Sehrbaz Araz və Sisse AEK-i məhv etdilər. Araz Abdullayev əla təsir bağışladı. “Anortosis”ə gəlişindən bu yana ən yaxşı oyununu sərgilədi. Azərbaycanlı futbolçu iki qol ötürməsi ilə komandanın qarşıya qoyduğu hədəfə çatmağına kömək etdi. Araz bununla “Anortosis”ə uyğunlaşdığını sübut etdi”.

 

Qeyd edək ki, AEK-ə 3:1 hesabı ilə qalib gəldikləri matçda inamlı oyunu ilə seçilən Araz iki qolun ötürməsini edib.


Digər xəbərlər

Xəbər xətti