Siqaret qadağasına əməl etməyən arenalar nə qədər cərimələnəcək?

16:33 8 Yanvar 2018

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, habelə onların ərazilərinə də şamil edilən qanunun qüvvəyə minməsinə münasibət bildirdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, ötən ilin sonlarında qüvvəyə minən qanunun icrasına ciddi nəzarət edilir. KİV-lərdə bununla bağlı təbliğatlar aparılır. Həmçinin, insanlara, obyekt və ictmai yerlərin sahiblərinə qanunun qaydaları barədə xəbərdarlıqlar edilir.

 

Ramin Musayevin açıqlamasından sonra isə bu qaydanın futbol matçları zamanı tətbiq ediləcəyi tam dəqiqləşdi. Musayevin sözlərinə görə, bundan sonra stadionlarda siqaret çəkilməməsi üçün nəzarət olacaq. Bunu PFL yox, dövlət edəcək Belə olan halda dövlət siqaret qadağasına əməl etməyən və bu tələbləri yerinə yetirməyən şəxsləri isə cərimələr gözləyir.

 

Kiçik araşdırmadan sonra məlum oldu ki, idman yarışlarının keçirildiyi arenalarda, habelə idman tədbirlərinin keçirildiyi yerlərdədə bu qaydaya əməl etməyən bütün şəxslər 30 manat məbləğində cərimələnəcək. Həmçinin, siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə klublar və oyunların keçirildiyi arenalar 400-1000 manat (red - vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat məbləğində) cərimə ediləcək.


Digər xəbərlər

Xəbər xətti