"Başakşəhər" "Barselona" ilə razılığa gələ bilmir

12:47 9 Yanvar 2018

"Başakşəhər”in prezidenti Göksal Gümüşdağ Arda Turanın transferini bitirmək üçün şəxsi təyyarəsiylə İspaniyaya uçub.
 
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Ardanı "Barselona”dan icarəyə götürmək istəyir.
 
Amma dünən başlayan danışıqları bitirmək mümkün olmayıb. Kataloniya təmsilçisi Ardanı 1,5 illiyə icarəyə vermək üçün "Başakşəhər”dən 2 milyon avro tələb edib. Bundan əlavə Ardanın maaşını da "Başakşəhər” ödəməlidi. Təklif Gümüşdağın ürəyincə olmayıb və danışıqların bu gün davam etməsi gözlənilir.
 
Qeyd edək ki, Koutinyonun gəlişində sonra Ardanın "Barsa”dan ayrılacağı dəqiqləşib.


Digər xəbərlər

Xəbər xətti