Türkiyəli futbolçu ölümdən döndü - Maşını atəşə tutuldu - FOTOLAR

14:12 9 Yanvar 2018

Almaniyanın qərbində Türkiyə əsilli futbolçu Dəniz Nakinin avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

Sportarena.az “Velt” nəşrinə istinadən xəbər verir ki, insident bu gün axşam saatlarında baş verib. Dəniz Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Dyuren şəhəri istiqamətində hərəkətdə olarkən yanından keçən maşından iki dəfə atəş açılıb.

 

Mətbuata açıqlamasında hadisənin şokunu yaşadığını bildiriən futbolçu silahlı hücumun Türkiyə ilə əlaqəli olduğunu istisna etməyib. O, vaxtilə PKK-nın təbliğatında ittiham olunub.

 

Almaniyanın prokurorluq orqanları insidentlə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə araşdırmaya başlayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti