Qadınlar ilk dəfə stadiona buraxılacaq

16:35 9 Yanvar 2018

Səudiyyə Ərəbistanında qadınlar üçün bir ilk baş verəcək.

 

Sportarena.az xəbər verir ki, 12 yanvar tarixində qadınlar ilk dəfə futbol matçını izləmək üçün stadiona daxil ola biləcəklər. Bu barədə ölkənin Məlumat Nazirliyi xəbər yayıb.

 

Qadın izləyicilərə açıq olan ilk futbol matçı isə professional liqada oynayan “Əl-Əhli” və “Əl-Bətih” komandaları arasında baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti