Prosineçkidən “Qarabağ”ın futbolçusunu milliyə çağırdı

18:33 9 Yanvar 2018

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb.

 

Sportarena.az Bonsiya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran millimizin sabiq baş məşqçisi Robert Prosineçki Şehiçə dəvət göndərib. Xorvat mütəxəssis ABŞ-da təşkil ediləcək təlim-məşq toplanışı üçün 28 futbolçuya dəvət göndərib ki, onlar arasında Şehiçin də adı var.

 

Bosniya və Herseqovina millisi yanvarın 28-də ABŞ, 3 gün sonra isə Meksika yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti