“Şüvəlan”da yeni icraçı direktor

22:55 9 Yanvar 2018

Qarşısına yenidən Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyan “Şüvəlan” futbol klubu bu yaxınlarda boş qalmış icraçı direktor postuna Seyidağa Babayevi təyin edib. 

 

Sportarena.az xəbər verir ki, Seyidağa Babayev futbol ictimaiyyətinə yad sima deyil. Vaxtilə U-15 və U-17 yığmalarının şərəfini qoruyan Seyidağa Babayev daha sonra da “Turan-Air” futzal klubunun və futzal yığmamızın formasını geyinib. Babayev sonralar böyük futbola dönərək İranın 1-ci dəstəsində top qovub. Vətənə geri döndükdən sonra isə MOİK-in heyətində çıxış edib. 

 

Qeyd edək ki, Seyidağa Babayev sonuncu dəfə “Zirə” klubunda icraçı director, daha sonra isə uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti