Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

18:45 9 Yanvar 2018

Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə yanvarın 10-dan 27-dək futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Bakıda təşkil olunacaq toplanışa aşağıdakı futzalçılar dəvət olunub:

 

1. Rövşən Hüseynli (Araz), 2 .Rizvan Fərzəliyev (Araz), 3. Eduardo Mello Borges (Araz), 4. Everton Kardoso (Araz), 5. Ramiz Çovdarov (Araz), 6. Thiaqo Teles Martins (Araz), 7. İsa Atayev (Araz), 8. Anar Məmmədov (Araz), 9. Xətai Bağırov (Araz), 10. Samir Həmzəyev (EKOL), 11. Emin Kürdov (EKOL), 12. Namiq Məmmədkərimov (EKOL), 13. Villiams Oliveira Do Nascimento “Vassoura” ("Al Dafra", BƏƏ), 14. Fineo de Arauxo ("Aqleymina Hamamatsu", Yaponiya), 15. Vitali Borisov ("Ekonomaç", Serbiya)

 

Qeyd edək ki, Vitali Borisov, Fineo de Arauxo və Villiams Oliveira Do Naskimento “Vassura” komandaya yanvarın 18-də qoşulacaq. 


Digər xəbərlər

Xəbər xətti