"Qarabağ"ın legioneri İsveç klubunun hədəfində

12:23 10 Yanvar 2018

İsveçin AİK klubu “Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İsveç mətbuatı yayıb. Xəbərdə AİK-in Norveç millisinin də üzvü olan 29 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Klub futbolçunu icarəyə götürməyin də əleyhinə deyil.

 

Xatırladaq ki, Elyunussi “Qarabağ”da icarə əsasında çıxış edir. Ağdam təmsilçisi 29 yaşlı futbolçunu mövsümün əvvəlində “Olimpiakos”dan icarəyə götürüb. Müqaviləyə əsasən, Elyunussi mövsümün sonuna kimi “köhlən atlar”ın üzvü olacaq.

 

Norveçli yarımmüdafiəçi “Qarabağ”ın heyətində cəmi 8 oyun (4-ü Premyer Liqada, 1-i ölkə kubokunda, 3-ü isə Çempionlar Liqasında) keçirib.


Digər xəbərlər

Xəbər xətti