Araz Abdullayev millinin toplanışına çağırılmayacaq

14:01 10 Yanvar 2018

Kiprin "Anortosis" klubunun futbolçusu Araz Abdullayev Azərbaycan millisinin Antalya toplanışına (25 yanvar - 2 fevral) cəlb olunmayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Azerisport" məlumat yayıb. Bildirilir ki, yığmanın baş məşqçisi Qurban Qurbanov klubunda yaxşı oyun sərgiləyən Arazı toplanışa cəlb etməyəcək. Buna səbəb təcrübəli mütəxəssisin futbolçunu öyrəşməkdə olduğu komandadan uzaqlaşdırmaq istəməməsidi. Üstəlik, "Anortosis"in yanvarın 31-də ölkə çempionatında bir oyunu da olacaq.

 

Arazdan başqa Dmitri Nazarov da toplanışda iştirak etməyəcək. "Ersgebirge"nin heyətində Almaniyanın II Bundesliqasında iki oyunu olan futbolçu düşərgədən kənar qalacaq.  


Digər xəbərlər

Xəbər xətti