Araz oynadı, komandası kubok matçında qalib gəldi

10:18 11 Yanvar 2018

Futbol üzrə Kipr kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də bu turnirdə növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Ayia Napa” ilə üz-üzə gəlib. Görüş Futbolçumuzun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz bu matça da start heyətində başlayıb. Onun komandası 1/4 finala vəsiqə qazanmaq üçün yanvarın 17-də rəqib meydanında keçiriləcək oyunda da ən azı uduzmamalıdı.


Digər xəbərlər

Xəbər xətti