Nazarovun komandası Belçika klubuna məğlub oldu

10:57 11 Yanvar 2018

Qış hazırlığını davam etdirən milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" növbəti görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, “bənövşəyilər” Belçika təmsilçisi “Oostende” ilə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. Nazarov matça start heyətdə başlayıb.

 

Qeyd edək ki, qış fasiləsində ikinci hazırlıq oyununu keçirən Aue təmsilçisi ilk görüşdən də məğlub ayrılmışdı. “Aue” “Ayntraxta” 0:3 uduzmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti