"Kamran üçün qırmızı vərəqə aldığı oyunda hər şey bitdi" - AÇIQLAMA

14:18 11 Yanvar 2018

Çexiyanın “Mlada Boleslav” klubunun baş məşqçisi Duşan Uxrin bir müddət əvvəl bu komandadan ayrılan Kamran Ağayevlə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, Çexiya mətbuatına açıqlamasında baş məşqçi 32 yaşlı qapıçının “Mlada Boleslav”a hazır vəziyyətdə qoşulmadığını bildirib:

 

“Kamran bizim kluba gələndə hazır deyildi. O, yaxşı formaya düşməyə başlayanda zədələndi. Onun üçün qırmızı vərəqə aldığı oyunda isə demək olar, hər şey bitdi. Amma mən onun zəif qapıçı olduğunu demək istəmirəm. O, sadəcə olaraq, kollektivə və mühitə uyğunlaşa bilmədi”.

 

Ağayev Çexiya klubundan ayrıldıqdan sonra Azərbaycana qayıdaraq, “Keşlə” ilə müqavilə bağlayıb


Digər xəbərlər

Xəbər xətti