Abidal: "Messi dedi ki, canlı meyit görmək istəmirik"

Sportarena.az      11 Yanvar 2018, 14:40

“Barselona”nın sabiq futbolçusu Erik Abidal xəstə olduğu zaman üzləşdiyi çətinliklər barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, Abidal müalicə aldığı vaxt tanınmaz görkəmdə olduğunu bildirib. O, Lionel Messinin hətta bu durumdan narahat olduğunu və video göndərməməyi xahiş etdiyini deyib:

 

“O vaxt çəkdiyim əzabları heç kimə arzulamıram. “Barsa”nın hansısa oyunundan əvvəl uşaqlara dəstək olmaq üçün onlara video göndərdim. Bilirsiz Messi mənə nə dedi? Dedi ki, canlı meyit görmək istəmirik, bu, bizə çox pis təsir edir, əzab verir.

Tyerri Anri xəstəxanada yanıma gələndə uşaq kimi ağladım. İstəmirdim ki, o, məni bu halda görsün. Ancaq mənə baş çəkdiyi üçün də sevinirdim”.

 

Abidal “Barselona”da 2007-2013-cü illərdə çıxış edib. Ona 2011-ci ildə qara ciyərin xərçəngi diaqnozu qoyulmuşdu. Buna görə Abidal bir müddət karyerasına fasilə verməli oldu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin