"Barselona"dan daha bir transfer bombası

15:16 11 Yanvar 2018

“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi “Palmeyras”ın müdafiəçisi Yerri Minanı heyətinə cəlb edib. Bu barədə məlumatı İspaniyanın AS nəşri yayıb.

 

Xəbərdə “Barsa”nın 23 yaşlı arxa xətt futbolçusunun transferi üçün 100 milyon avro ödədiyi qeyd edilib. Kolumbiyalı müdafiəçi ilə 4 illik müqavilə bağlanıb. Mina “Barsa”da ilinə 12,3 milyon avro qazanacaq. Yeni transfer sabah “Nou Kamp”da ictimaiyyətə təqdim olunacaq.

 

Karyerası ərzində “Palmeyras”dan başqa, “Santa Fe” və “Deportivo Pasto” klublarının da şərəfini qorumuş müdafiəçi, 2016-cı ildən Kolumbiya millisinin üzvüdü. O, yığmada keçirdiyi 9 oyunda 3 qola imza atıb.

 

Xatırladaq ki, bu, “Barselona”nın qış transfer pəncərəsində ikinci transferidi. “Göy-qrmızılar” bir neçə gün öncə 160 milyon avro qarşılığında “Liverpul”dan Filippe Koutinyonu heyətinə cəlb etmişdi.


Digər xəbərlər

Xəbər xətti