"Xəzər Lənkəran"ın sabiq futbolçusu baş məşqçi oldu

17:34 11 Yanvar 2018

Bir müddət öncə dağılma təhlükəsi ilə üz-üzə qalan "Qaziantepspor" klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, birinci liqa təmsilçisi "Xəzər Lənkəran"ın sabiq hücumçusu Oktay Dərəlioğluna tapşırılıb.

 

Qeyd edək ki, "Beşiktaş" və "Fənərbaxça" klublarındakı çıxışı ilə tanınan veteran futbolçu 2004-2005 mövsümündə hazırda fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın formasını geyinib. Dərəlioğlu "ağ-yaşıllar"ın heyətində 17 oyuna 16 qol vurub.


Digər xəbərlər

Xəbər xətti