Yuri Maksimov “Keşlə”yə həmyerlisini gətirir

Sportarena.az      12 Yanvar 2018, 10:23

“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov komandasına ukraynalı futbolçu cəlb etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. Ukraynalı mütəxəssis bildirib ki, həmyerlisi Dmitri Xomçenovski ilə danışıqlar aparırlar:

 

“Xomçenovski ilə iki həftə əvvəl maraqlanmağa başlamışıq. Onunla bu məsələni bir daha müzakirə edəcəyik. Təklifimiz Dmitrini qane etsə, o, “Keşlə”nin futbolçusu ola bilər. Komandama başqa ukraynalı futbolçu cəlb edəcəyəmmi? Buna baxacağıq”.

 

Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb. Daha sonra o, “Krivbass”, “Zarya”, İspaniyanın “Ponferradina” və Polşanın “Yagelloniya” klublarında oynayıb. 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin