Neymar qolu niyə belə bayram edib? - FOTO

14:17 12 Yanvar 2018

PSJ-nin futbolçusu Neymar Fransa kubokunun 1/4 finalında “Amyen”in qapısına vurduğu qolu qəribə tərzdə bayram etmişdi.

 

Sportarena.az xəbər verir ki, Neymar qol vurduqdan sonra butsusunu çıxararaq başına qoymuşdu. Onun bu jesti sosial şəbəkələrdə geniş müzakirə edilmişdi.

 

Bir çoxu iddia edib ki, braziliyalı futbolçu bununla “Nike” şirkətini reklam edib. Neymar məsələ ilə bağlı “instagram”da açıqlama yayıb:

 

“Joa Selso Maresonu kim tanıyırsa, onlar qolu niyə belə bayram etdiyimi bilirlər. Yox, Maresonu tanımayan varsa, onda şəklin sağ tərəfindəki linkə daxil olub, onun fotosuna baxsınlar. Onda hər şey aydın olacaq. Sənə uğurlar, qardaş”.

 


Digər xəbərlər

Xəbər xətti