Ayxan Abbasov üçün bolqar köməkçi

Sportarena.az      12 Yanvar 2018, 14:34

"Zirə”nin baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a 37 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, qəsəbə təmsilçisinin əvəzedici heyətdə baş məşqçi Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komanda da çalışacaq: "Köməkçim Zaur Həşimov paralel olaraq, 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv də hazırda toplanışdadır. Bu səbəbdən Kamen Vasilyevi əsas komandaya cəlb etmişik. O, "Zirə”nin əvəzedici heyətinin baş məşqçisi olduğum dövrdə də köməkçim olub”.

 

Qeyd edək ki, Kamen Vasilyev daha əvvəl "Zirə”nin əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin