Tevesin DÇ-2018-də oynamaq istəyir

Sportarena.az      12 Yanvar 2018, 15:43

Argentina millisinin hücumçusu Karlos Teves bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında danışıb. O, “mənim yaşımdakı bir futbolçu üçün Rusiyadakı mundialda çıxış etmək çox gözəl olardı” deyərək, dünya çempionatında iştirak etmək arzusunu dilə gətirib.

 

Karyerası ərzində “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” kimi komandalarda top qovmuş Teves, bu yaxınlarda Çinin “Şanxay Şenxua” klubundan “Boka Xuniors”a qayıdıb.

 

33 yaşlı hücumçu 2004-cü ildən şərəfini qoruduğu Argentina millisində 76 oyun keçirib, 13 qol vurub. O, millidə sonuncu dəfə 2015-ci ilin oktyabrın 14-də, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutmuş Paraqvayla səfər oyununda (0:0) şans qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin