"Keşlə" baxışda olan futbolçulardan ikisi ilə bağlı qərar verdi

16:37 12 Yanvar 2018

Yeni mövsmün hazırlıqlarını davam etdirən "Keşlə" heyətini gücləndirməyə çalışır.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və Pablo Podio transferlərini rəsmən açıqlamasa da, sözügedən futbolçular klubun düşərgəsindədilər.

 

Hazırda "qırmızılar"ın düşərgəsində baxışda olan xeyli sayda futbolçu var. Bunlar İdris Musluyev, Nemanya Stoyanoviç, Ruslan Cəfərov, Herve Tçami və Ruslan Qurbanov idi.

 

Əldə etdiyimiz məlumata görə, adı qeyd edilən son iki futbolçu ilə bağlı artıq qərar verilib. Qurbanov komandanın yeni baş məşqçisi Yuri Maksimov tərəfindən bəyənilməyib. Kamerunlu yarımmüdafiəçi isə ukraynalı mütəxəssisin diqqətini cəlb edə bilib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

 

Digər futbolçularla bağlı isə yaxın günlərdə qərar veriləcək.


Digər xəbərlər

Xəbər xətti