"Xəzər Lənkəran" rəsmisindən avtobus açıqlaması - "Yanvarın 24-də Lənkəranda olacaq"

17:33 12 Yanvar 2018

"Xəzər Lənkəran"ın avtobusunun klub prezidenti Mais Mənsimov tərəfindən 40 min manata satıldığı və hazırda həmin nəqliyat vasitəsinin Rusiyaya sərnişin daşımada istifadə olunduğu barədə məlumat vermişdik.

 

Sportarena.az məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi yayılan xəbərləri təkzib etdi. O, avtobusun hazırda texniki servisdə olduğunu bildirdi: 

 

"Yalandı! Avtobus satılmayıb. Hal-hazırda Bakıda texniki servisdədir. U-17 liqasında mübarizə aparan komandamızın daşınmasında istifadə olunur. Avtobusun sürücüsü Sumqayıtda yaşayır. Fasilədən istifadə edərək avtobusu paytaxta texniki servisə aparıb. Yanvarın 24-də fasilə bitəcək. Həmin vaxt avtobus Lənkəranda olacaq. Kim istəsə, gəlib görə bilər".

 

O, avtobusun fasilə vaxtı baş məqsədlər üçün istifadə edilmə ehtimalına da münasibət bildirdi:

 

"Bu, mümkün deyil. Avtobus başqa məqsəd üçün istifadə edilə bilməz".


Digər xəbərlər

Xəbər xətti