Sportarena.az
20 Yanvar 2018

Ruben Ayrapetyan: "Erməni klublarının “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdu"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu və “Qarabağ”la bağlı danışıb. 

 

Sportarena.az xəbər verir ki, o, Ermənistan futbolunun Azərbaycanla müqayisədə irəli gedə bilməməsinə münasibət bildirib.

 

Ayrapetyan buna azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsini səbəb göstərib. O keçirdiyi mətbuat konfransında etiraf edib ki, yaxın illərdə erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdu: “ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdu”.

 

“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox” sualına isə onun cavabı belə olub: “Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

Tarix
12.01.18 [18:29]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

20 Yanvar
19 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio