“Mənim üçün onlar ən güclü oyunçulardı” - “Səbail”in legioneri

21:39 12 Yanvar 2018

“Səbail”in mətbuat xidmətinin klubun “Facebook” səhifəsindəki “On sual” rubrikasının növbəti qonağı komandanın legioneri Ayron Stati olub.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Necə oldu ki, futbolçu karyerasını seçdin?
- Mən hələ uşaq vaxtlarımdan futbol oynamağa başlamışam, çünki futbolu çox sevirdim və hələ də sevirəm!

 

- Karyeranın əsas matçı və ya ən yaddaqalan epizodu haqqında nə deyə bilərsən?
- Karyeramda mənim üçün ən yaddaqalan iki oyunum olub: “Den Boş” üçün ilk pəşəkar oyunum və Kurasao milli komandasının tərkibindəki ilk oyunum.

 

- Futbolda kumirin…
- Futbol aləmində kumirim yoxdu, ancaq Neymar və Messinin oyunlarına baxmaqdan zövq alıram. Mənim üçün onlar, bu günün ən güclü oyunçularıdı.

 

- Hobbi və maraqların…
- Boş vaxtlarımda şəhərə çıxıb özümə geyim almaq xoşuma gəlir. Bir də “PlayStation 4”-də FİFA-18 oynayıram.

 

- Ən sevdiyin film, musiqi və kitab…
- Ən sevdiyim filmim yoxdu, ancaq "Həbsxanadan qaçış" serialına baxmışam və xoşuma gəlib. Kitab oxumuram, buna görə də sevdiyim kitab yoxdu.

 

- Həyatının əsas qaydası…
- Həmişə özün olaraq qal. Bəzi insanlar sizi dəyişməyə çalışırlar, lakin özünüz olmaq həyatda ən gözəl şeydi.

 

- İnsanlarda ən çox nəyə dəyər verirsən?
- Səmimi və dürüst insanları xoşlayıram. Məsələn, pis oynayanda insanlar mənə pis oynadığımı deməlidilər. Onların dürüst olmaqlarını istəyirəm. İkiüzlü insanları sevmirəm.

 

- Karyeranda əsas məqsədin nədi?
- Məqsədim necə olur-olsun qurduğum xəyalımı yaşatmaqdı. Ən yüksək səviyyədə oynamağa çalışmaqdı.

 

- Gənc futbolçulara məsləhətin nədi?
- Gənc futbolçulara məsləhətim budu: Xəyalınızla yaşayın, hər gün çalışın ki, dünənkindən daha yaxşı olasınız.

 

- Azarkeşlərinizə müraciətin…
- Azarkeşlərimizə həm keçmiş, həm də gələcək oyunlarda dəstəklərinə görə təşəkkür edirəm! Ümid edirəm ki, onlar bizi yaşıl meydanlarda tək qoymayacaqlar, oyunlarımıza gəlib həmişə bizə dəstək olcaqlar və qələbələrimizi birlikdə qeyd edəcəyik!


Digər xəbərlər

Xəbər xətti