"Borussiya" ilə xal itkisi ilə başladı - YENİLƏNİB

10:10 15 Yanvar 2018

Bu gün Almaniya Bundesliqasında yeni ilin ilk - 18-ci turuna start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Bayer” “Bavariya”nı qəbul edəcək. Leverkuzen təmsilçisi çempionata uğurlu start verməsə də, son 12 oyunda məğlub olmayıb. “Asprinlər” bu seriyanı liderlə oyunda da davam etdirməyə çalışacaq.

 

“Bavariya”nın ən yaxın izləyicisi “Şalke” isə sabah meydana çıxacaq. Helzenkirhen təmsilçisi “Leyptsiq”in qonağı olacaq.

 

Almaniya Bundesliqası, 18-ci tur

12 yanvar

23:30 Bayer - Bavariya 1:3

 

13 yanvar

18:30 Ayntraxt - Frayburq 1:1
18:30 Auqsburq - Hamburq 1:0
18:30 Hannover - Maynts 3:2
18:30 Ştutqart - Herta 1:0
18:30 Verder - Hoffenhaym 1:1
21:30 Leyptsiq - Şalke 3:1

 

14 yanvar

18:30 Köln - Borussiya M 2:1
21:00 Borussiya D - Volfsburq 0:0


Xəbər xətti