“Qəbələ”nin legioneri: İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm - AÇIQLAMA + VİDEO

Sportarena.az      13 Yanvar 2018, 11:05

Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin legioneri Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

 

Sportarena.az xəbər verir ki, futbolçu "Qəbələ" TV-yə açıqlamasında bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir:

 

“8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda komandayla məşqə başlayacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin