Venger: "Yerinə adam tapmamış onu buraxa bilmərik"

11:58 13 Yanvar 2018

“Arsenal”ın baş məşqçisi Arsen Venger Aleksis Sançesin komandadan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, fransalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında Sançesin yerinə oyunçu tapmadan onu buraxa bilməyəcəklərini deyib:

 

“Elə düşünməyin ki, sizə məlumat vermək istəmirəm. Sadəcə, yanlış məlumat vermək istəmirəm. Hələ heç nə barədə qərar verilməyib. Təkliflərin çox olması bəzi klublar üçün sərfəli ola bilər, lakin bu, bizə aid deyil. Normalda, Aleksis mövsümün sonuna kimi komandada qalmalıdı, lakin nə olacaq, görəcəyik. Yanvarda ayrılmaq istəsə, yerinə adam tapmamış onu buraxa bilmərik”.

 

Xatırladaq ki, bir müddət öncə İngiltərə mətbuatında Aleksis Sançesin “Mançester Siti” ilə anlaşması barədə xəbər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti