Millimizin üzvü Hollandiya klubunda debüt etdi

12:15 13 Yanvar 2018

U-21 millimizin üzvü Ozan Can Kökcü yeni klubu "Valveyk"də debüt edib.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Hollandiya birinci divizionunun 20-ci turunda "Alkmaar”ın gənclər komandası ilə görüşdə start heyətində meydana daxil olub. O, 68-ci dəqiqədə əvəzlənib.

 

Sözügedən qarşılaşmada "Valveyk" 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Ozan CanKökçü qış fasiləsində Türkiyənin "Bursaspor” klubundan cari mövsümün sonuna qədər "Valveyk”ə icarəyə verilib.

 

Əlavə edək ki, o, bir müddət əvvəl yığmamızda çıxış etməkdən imtina etsə də Türkiyənin Antalya bölgəsində toplanışda olan U-21 millimizə dəvət alıb.


Xəbər xətti