"Qarabağ" dünya klublarının reytinqində irəlilədi

12:36 13 Yanvar 2018

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “clubworldranking”in təqdim etdiyi siyahıda Azərbaycandan 4 klub yer alıb. Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”dadır. Ağdam klubu son siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Qurban Qurbanovun komandası 1169 xalla 541-ci pillədə qərarlaşıb.
 
“Keşlə” 368 xalla 781-ci (-2),  “Qəbələ” 255 xalla 822-ci (0), “Zirə” isə 217 xalla (0) 844-cüdür.

 

Qeyd edək ki, siyahıya  17500 xalla "Real" başçılıq edir. “Barselona” 15970 xalla 2-ci, “Atletiko” 13383 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti