Messinin "Barselona" ilə müqaviləsin detalları məlum oldu - Fantastik qazanc

Sportarena.az      13 Yanvar 2018, 12:56

Argentinalı ulduz Lionel Messinin “Barselona” ilə imzaladığı yeni müqavilənin detalları məlum olub.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bu sözləşmə ilə dünyanın ən yüksək ödənişli oyunçusu olacaq. Belə ki, Messi yeni müqaviləyə əsasən vergilər də daxil olmaqla ildə 104 milyon avro məvacib alacaq.

 

Əgər müqaviləsi başa çatana qədər Katalon klubunu tərk etməsə, əlavə olaraq 70 milyon avro da qazanacaq. Leo “Barsa”da matçların 60 faizində oynasa, əlavə olaraq 1,9 milyon avro əldə edəcək. Bundan başqa Çempionlar Liqasını qazanacaqları halda ona 12 milyon avro əlavə mükafat veriləcək. 

 

Messi 4 ilə müqaviləyə əsasən 417,5 milyon avroya sahib çıxacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin