"Neftçi" - "Keşlə" matçının məkanı dəyişdirildi

15:20 13 Yanvar 2018

“Keşlə”nin Bakı toplanışı çərçivəsində "Neftçi"yə qarşı keçirəcəyi yoxlama oyununun məkanı yenidən dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qəsəbə komandası məlumat yayıb. Yanvarın 14-də baş tutacaq matç 8-ci km qəsəbə stadionunda yox, İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq. Qarşılaşma saat 15:00-da başlanacaq.

 

Xatırladaq ki, Keşlə təmsilçisi yanvarın 11-də Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirdiyi yoxlama matçında 3:1 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti