Karyerasını 2 dəfə başa vuran futbolçu yenə fikrini dəyişdi

Sportarena.az      14 Yanvar 2018, 10:30

Futbol üzrə ABŞ millisinin sabiq üzvü Lendon Donovan yenidən futbolçu karyerasını bərpa etməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı hücumçu Meksikanın “Leon” klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. O, yeni komandasında 20 nömrəli forma ilə oynayacaq.

 

Xatırladaq ki, Donovan indiyə qədər iki dəfə (2014 və 2016-cı illərdə) karyerasını başa vurduğunu elan edib. 2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrında “Los-Anceles Qalaksi”də oynamağa başlamışdı. Bu komandada qısa müddət oynadıqdan sonra karyerasını təkrar başa vurduğunu bildirən futbolçu indi yenidən yaşıl meydanlara dönməyə qərar verib.

 

Donovan karyerası ərzində Almaniyanın "Bayer” və "Bavariya”, İngiltərənin "Everton”, ABŞ-ın “San-Xose Ertkveyks” klublarında da forma geyinib. O, ölkəsinin yığma komandasında 157 oyun keçirib, 57 qola imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin