Qazaxlar “Qəbələ” ilə oyundan imtina etdilər

Sportarena.az      14 Yanvar 2018, 10:48

“Qəbələ” mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

 

“Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda bu gün – yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlığını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin