"Fənərbaxça" - "Kukesi" matçında insident - VİDEO

12:17 14 Yanvar 2018

"Fənərbaxça" Antalya toplanışı çərçivəsində Albaniyanın "Kukesi" klubu ilə keçirdiyi yoxlama matçında qalmaqal baş verib.

 

Sportarena.az xəbər verir ki, insident oyunun sonlarında yaşanıb. İlk yarıda "Kukesi" 2 qol vursa da, "sarı llacivərdlilər" fasilədən sonra penaltidən vurduğu 2 qolla bərabərliyə nail olub. Məhz ikinci penalti epizodunda iki komandanın oyunçuları arasında gərginlik yaranıb.

 

Qarşıdurmaya texniki heyət üzvləri də qoşulub. İstanbul komandasının qapıçısı Volkan Dəmirəli çətinliklə sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, "Kukesi" Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin sabiq klubudur. Futbolçumuz mövsümün ilk yarısında bu komandanın formasını geyinib.

 

 


Digər xəbərlər

Xəbər xətti