Paraqvaylı futbolçu "Neftçi"yə görə Bakıya gəldi

13:14 14 Yanvar 2018

"Neftçi" növbəti transferini gerçəkləşdirmək üzrədir.

Sportarena.az xəbər verir ki. bu barədə "cronica.com.py" saytı məlumat yayıb. "Ağ-qaralar" paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə anlaşıblar. Artıq Bakıda olan futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Kerro Porteno"nun yetirməsi olan 26 yaşlı "Qato" ləqəbli futbolçunun karyerası əsasən vətəni ilə bağlıdır. Qarsiya "Neftçi"nin qış fasiləsində ilk legioner transferi olacaq.


Xəbər xətti