Harri Keyn "Tottenhem"in tarixinə düşdü

Sportarena.az      14 Yanvar 2018, 16:41

İngiltərə Premyer Liqasının 23-cü turunda "Tottenhem" "Everton"a 4:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşma "mahmızlar"ın 24 yaşlı hücumçusu Harri Keyn üçün xüsusilə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, dubla imza atan forvard "Tottenhem"in heyətində Premyer Liqada vurduğu qolların sayını 98-ə çatdırıb. Keyn bu göstərici ilə Teddi Şerinqemi geridə qoyaraq liqa tarixində (1992-ci ildən bəri) London klubunun ən sərrast futbolçusu olub.

 

"Tottenhem"in tarixində ən çox qol vuran futbolçu Cimmi Qrivzdir (379 oyun, 266 qol)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin