Elnur Cəfərov "Bursaspor"a təklif edildi

11:54 15 Yanvar 2018

“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov “Bursaspor” klubuna təklif edilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  20 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda “ağ yaşıllar”a keçə biləcəyini ehtimal olunur.

 

Həmçinin məlumatda bildirilir ki, “Kayserispor” da Cəfərovla maraqlanır.


Xəbər xətti