"Mançester Yunayted"dən Neymara görə fantastik təklif

13:35 15 Yanvar 2018

“Mançester Yunayted” PSJ-nin hücumçusu Neymarın xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Xəbərdə mankunianların braziliyalı futbolçunun transferi üçün 500 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. Bir müddət öncə “Real”a transfer olunacağı deyilən Neymar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

 

“Qırmızı şeytanlar” mövsümün sonunda “Arsenal”la müqavilə müddəti bitəcək Aleksis Sançeslə də maraqlanır. Çilili futbolçu mankunianların əzəli rəqibi “Mançester Siti”nin də diqqət mərkəzindədi.


Xəbər xətti