Serbiya klubunun üzvü millisinə çağırıldı

Sportarena.az      15 Yanvar 2018, 14:50

Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının düşərgəsinə daha bir futzalçı qoşulub.

 

Sportarena.az xəbər verir ki, karyerasını Serbiyanın “Economaç” klubunda davam etdirən Vitali Borisov dünən Bakıya gəlib. Təcrübəli fitzalçı bu gün keçiriləcək məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, eləcədə Dubayın “Al Dhafra” klubunda çıxış edən Vassoura isə yanvarın 18-də komandaya qoşulacaq.

 

Qeyd edək ki, millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın Lyublyana şəhərinə yola düşəcək və Austria Trend Hoteldə məskunlaşacaq. Milli ilk oyununu fevralın 2-də Fransaya, növbəti matçını 2 gün sonra İspaniyaya qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin