"Real"da növbəti qalmaqal - Ronaldo ayrılmaq istəyir

18:33 15 Yanvar 2018

“Real”ın futbolçusu Kriştiano Ronaldo komandadan ayrılmaq istəyir.

Sportarena.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb. portuqaliyalı hücumçu özünü klub prezidenti Florentino Peres tərəfindən aldadılmış hiss edir.

Klub rəhbəri Ronaldoya yeni müqavilə ilə bağlı verdiyi vədə əməl etməyib. İddia olunur ki, “Real” ötən mövsüm Çempionlar Liqasını qazananda Peres Ronaldoya  yeni müqavilə imzalanacağı haqda vəd versə də, hələlik ona klub tərəfindən heç bir təklif olunmayıb. Bu səbəbdən Ronaldonun sabiq komandası "Maneçester Yunayted"ə qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, İspaniya mətbuatı Florentino Peresin PSJ-dən Neymarı almaq üçün qarşı tərəfə pulla yanaşı, Ronaldonu da təklif etməyə hazırlaşdığını yazıb.


Digər xəbərlər

Xəbər xətti