"Barselona" şokda - Dembele yenə sıradan çıxdı

20:44 15 Yanvar 2018

“Barselona”nın hücumçusu Osman Dembele sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı futbolçu İspaniya La Liqasının 19-cu turu çərçivəsində keçirilmiş “Real Sosyedad”la səfər oyununda (4:2) zədələnib. “Marka” nəşrinin yaydığı məlumata görə, baldırından zədə alan fransalı futbolçu ən azı 3-4 həftə yaşıl meydandan kənarda qalacaq.

 

Xatırladaq ki, yayda 105 milyon avro qarşılığında Dortmund “Borussiya”sından “Barsa”ya keçən futbolçu, ötən ilin sentyabrında, La Liqanın “Xetafe” ilə səfər oyununda (2:1) zədələnmişdi. Bundan sonra uzun müddət kənarda qalan Dembele, yalnız bu il, “Selta” ilə kubok oyununda yaşıl meydanlara qayıtmışdı.


Digər xəbərlər

Xəbər xətti