Şehiç milli komandanın düşərgəsinə gec qoşulacaq

12:15 16 Yanvar 2018

Bosniya və Herseqovina millisinə çağırılan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin yığmanın düşərgəsinə bir qədər gec qoşulacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib: “Sehiç İstanbulda bizə qoşulacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq".

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 21-də Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda yanvarın 25-i Şehiçlə birgə ABŞ-a gedəcək. Bosniya və Herseqovina  sözügedən ölkədə hazırlıq prosesi çərçivəsində yanvarın 28-də  ABŞ, 3 gün sonra isə Meksika ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti