Millimizin rəqibi heyətini açıqladı

14:45 16 Yanvar 2018

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan Fransa yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Pyer Jaki siyahıya 14 futzalçını daxil edib. O, qapıçılar - Joevin Duro, Camel Harun, Ba El Kerrumi, sahə oyunçuları - Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramiresə dəvət göndərib. Komanda hazırlığa yanvarın 20-də başlayacaq.

 

Xatırladaq ki, futzal üzrə Azərbaycan yığması yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində Fransa və İspaniya milliləri ilə birgə D qrupunda yarışacaq.  


Xəbər xətti