"Qəbələ" - "Sürix" matçının vaxtı açıqlandı

17:22 16 Yanvar 2018

"Qəbələ"nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində İsveçrə "Sürix"i ilə keçirəcəyi yoxlama oyununun vaxtı və stadionu açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, matç yanvarın 17-də "Kaya Belek" otelinin meydançasında təşkil olunacaq.  Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

 

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyununda Türkiyənin "Akhisar" klubu ilə heç-heçə edib - 1:1.


Digər xəbərlər

Xəbər xətti