"Qarabağ" 2017-ci ilin ən yaxşı 100 klubu sırasında

18:15 16 Yanvar 2018

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada 2017-ci ilin ən yaxşı klublarının siyahısını tərtib edib.

 

Sportarena.az xəbər verir ki, siyahıda 402 komandanın adı yer alıb.

 

Azərbaycandan 3 klub - "Qarabağ", "Zirə", "Qəbələ" ən yaxşı klublar sırasına daxil olub. Ağdam klubu 136 xalla 93-cü pillədə qərarlaşıb. Komanda 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka”nın da (Meksika)  136 xalı var.

 

"Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb. Ötən il 761-ci olan Bakı klubu düz 465 pillə irəliləyib. “Atletiko” (Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar” da (Peru) "Zirə" ilə eyni xala sahibdir.

 

“Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun komandası “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdir. "Qəbələ" 1 il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib.

 

Qeyd edək ki, siyahıya 328 xalla “Real” (İspaniya) başçılıq edir.  “Qremio” (Braziliya) 286 xalla 2-ci,  “Mançester Yunayted” (İngiltərə) 284 xalla 3-cüdür.


Xəbər xətti