“Sevilya” azarkeşləri klubun bazasına hücum etdi

21:27 16 Yanvar 2018

İspaniya La Liqa təmsilçisi “Sevilya”nın 25 azarkeşi klubun bazasına gələrək, komandanın son vaxtlar uğursuz çıxışına görə etiraz ediblər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə fanatların komandanın məşqi başlamamış bazaya gələrək, baş məşqçi Vinçentso Montella və bəzi futbolçularla görüşüb, onlara son nəticələrə görə etirazlarını bildirdikləri qeyd edilib. Təxminən 30 dəqiqə sonra məkana 3 polis maşını gəlib. Bir saat sonra isə azarkeşlər bazanı tərk ediblər. Yalnız bundan sonra futbolçular məşqə çıxıblar.

 

Hazırda hesabında 29 xal olan “Sevilya” La Liqada 6-cı pillədə qərarlaşıb. Əndəlus təmsilçisi çempionatın son turunda səfərdə “Alaves”ə uduzub - 0:1.


Digər xəbərlər

Xəbər xətti