"Qəbələ" İsveçrə klubuna uduzdu - YENİLƏNİB

18:21 17 Yanvar 2018

 

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 0:1 hesabı məğlub olub.

 

Bu, Roman Qriqorçukun yetirmələrinin qış fasiləsində Antalyada keçirəcəyi ikinci oyun olub. Komanda ilk matçda Türkiyə Super Liqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la heç-heçə edib - 1:1.

 

Yoxlama oyunu

17 yanvar

16:30 Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə) 0:1

Antalya. “Kaya Bələk” otelinin meydançası.

Qəbələ: 22. Dmitri Dezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqoli Dabo, 10. Ruslan Qurbanov


Xəbər xətti